Super Liqa: “Fənər”dən darmadağın
09.05.2025 - 22:59
Super Liqa: “Fənər”dən darmadağın

Türkiyə Super Liqasında XXXV tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gün 2 qarşılaşma baş tutub.

Liderdən 8 xal geri düşən "Fənərbaxça" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Azarkeşlər 5 qola şahidlik ediblər. Görüş qonaqların 4:1 hesablı darmadığını ilə yekunlaşıb.

Turun digər matçında isə "Alanyaspor" səfərdə "Qaziantepspor"u 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

Türkiyə Super Liqası
XXXV tur

21:00. “Başakşəhər” - “Fənərbaxça” - 1:4
21:00. “Qaziantepspor” - “Alanyaspor” - 0:1