Bu gün "Neftçi"nin 86 yaşı tamam olur
18.03.2023 - 01:20
![Bu gün "Neftçi"nin 86 yaşı tamam olur](https://apasport.az/storage/news/2023/march/18/big/6414ddbfd70f56414ddbfd70f616790890876414ddbfd70f36414ddbfd70f4.jpeg)
Bu gün Azərbaycanın ən qədim peşəkar futbol klubu olan "Neftçi"nin yarandığı gündür.
Apasport.az xəbər verir ki, klubun 86 yaşı tamam olur.
"Neftçi" 1937-ci ilin martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıb. 1966-cı ildə SSRİ bürünc medallarını qazanan "Neftyanik" 2 il sonra öz milli – "Neftçi" adına qovuşub.
"Neftçi" 9 dəfə Azərbaycan çempionu, 6 dəfə ölkə kubokunun və 2 dəfə ölkə Superkubokunun qalibi olub.
0
0