
Misli Premyer Liqasının XXV turunun "Səbail" - "Şamaxı" matçından (0:2) sonra ev sahiblərinin baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.
"Bizim üçün çox vacib oyun idi. Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. İlk hissədə 25 dəqiqə yaxşı futbol oynadıq və hücumar təşkil etdik. Sadəcə ani diqqətsizlikdən qol gördük. İkinci hissədə oyunun kontrolu itdi, rəqib bizi bütün komponentlərdə üstələdi. Bu oyundan dərs çıxarmalıyıq. Yolumuza davam etməliyik. Qarşıda çox tur var. Çalışacağıq ki, bu yerdən çıxaq. Vəziyyətimizi düzəltmək istəyirik".
- "Qarabağ"la kubok oyununun bugünkü görüşə nə dərəcədə təsiri var idi?
- Yorğunluq var idi. Ramazan ayıdır. 7 futbolçumuz oruc idi. Bunu bəhanə etmirik. Sadəcə kubok bizə sərf etmirdi. Zədəlilərimiz də var. Biz kubok görüşünə çıxmalıydıq. Yorğunçuluq var idi, təsirini də göstərdi. Komandanın potensialı var ki yaxşı yerlərə gəlib çıxsın.
- Premyer Liqada "Şamaxı"da debüt etmişdiz, indi "Səbail"in düşmək təhlükəsi sizi nə dərəcədə təsir edir? Məşqçi olaraq sizə ziyan ola bilər...
- Bilirəm nədəndir. Sadəcə səthi yanaşırsız bu işlərə. Əsasən də siz, mətbuat işçiləri. Detallara girmirsiz, üzdən baxırsız. "Səbail"də futbolçuların inkişafı, "Şamaxı"dakı inkişafımız ön planda idi. Orada məşqçi olaraq düşmşəm, indi də var. Çəkinmirəm. İşimizə davam edirik. Komanda futbol oynamağı bacarır. Bugünkü gündə müəyyən səbəblərdən futbolçuların performansı yaxşı səviyyədə deyildi. 90 faiz futbolçular ön plana çıxdı ki, yaxşı oyun sərgiləyə bilmədilər.
- Hesab 0:2 olduğu vaxtda müdafiəçi dəyişikliyi nəyə hesablanmışdı?
- Meydana hücumçu da daxil etdik. Mirabdulla Abbasovu buraxdıq. Marko Nikoliçi ona görə meydana buraxdıq ki, standart vəziyyətlərdə yaxşı oynamağı bacarır. Həm də uzun ötürmələrlə çıxmaqda köməyi dəyə bilərdi.