DÇ: Güləşçimiz mübarizəni dayandırıb
27.07.2026 - 12:32
Azərbaycanın yunan-Roma güləşçisi Emin Baxşəliyev Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, 110 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Serbiya təmsilçisi Andrey Simiçlə qarşılaşıb.
Gərgin keçən görüşdə Baxşəliyev 3:4 hesabı ilə məğlub olaraq yarışla erkən vidalaşıb.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir və avqustun 2-dək davam edəcək.
- Rail Məlikov: “Neftçi” azarkeşlərin rəyini dəyişmək üçün “Qarabağ”ı udmalıdır”
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- "Napoli"dən Qabriel Sara planı: Anquissa gedərsə...
- Bakıda UEFA-nın məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək
- "Barselona" Kanteni izləməyə davam edir
0
0