"Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
03.08.2025 - 17:18
"Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq

UEFA Konfrans Liqasının III mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, "Omoniya”nın mətbuat konfransı iyulun 23-də, saat 19:20-də başlayacaq. İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 20:00-da start götürəcək.

Elmar Baxşıyev və bir futbolçunun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı isə saat 18:30-da başlayacaq. Saat 19:00-da isə məşqə start veriləcək və ilk 15 dəqiqəsi media üçün açıq olacaq. 

Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.