Cəlal oynadı, komandası qələbə qazandı
23.11.2024 - 17:28
![Cəlal oynadı, komandası qələbə qazandı](https://apasport.az/storage/news/2024/november/23/big/6741d86ddbeea6741d86ddbeeb17323684936741d86ddbee86741d86ddbee9.jpeg)
Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, onun formasını geyindiyi "Arda" Plovdiv "Lokomotiv”ini qəbul edib.
XVI turun qarşılaşması həmyerlimizin klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Hüseynov 89-cu dəqiqədə meydana daxil olub və 5 dəqiqə oynayıb.
Qeyd edək ki, ardıcıl 5-ci qələbəsini qazanan "Arda" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Onların aktivində 30 xal var.
0
0