Çempionlar Liqası II təsnifat mərhələsinə start verilib.
Apasport.az-ın məlumatına görə, Türkiyə çempionu “Qalatasaray” səfərdən heç-heçə ilə dönüb.
Okan Burukun yetirmələri Litvada “Jalgiris”in müqavimətini qıra bilməyiblər. Meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulan qol sayəsində məğlubiyyətdən qaçıblar. Qeydə alınan 2:2 hesabı bu cütdə “Qalatasaray”ın mərhələ adlamaq şansını yüksəldir.
Xorvatiya çempionu öz meydanında böyük hesabla qalib gəlib. Zaqreblilər “Astana”nın qapısından 4 cavabsız top keçiriblər.
Qeyd edək ki, mərhələnin digər oyunları bu gün keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
HJK (Finlandiya) – “Molde” (Norveç) – 1:0
“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə) – 2:2
“Dinamo” (Xorvatiya) – “Astana” (Qazaxistan) – 4:0
“Dnipro-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) – 1:3
“Servett” (İsveçrə) – “Genk” (Belçika) – 1:1
“Zrinski” (Bosniya və Hersoqovina) – “Slovan” (Slovakiya) – 0:1
“Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka) – 0:2
- “Traktor” ÇL-də ilk qələbəsini qazanıb
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- "Zirə"dən transfer bombası - Rəşad Sadıqov onu komandada istəyir
- "Real"ın sabiq kapitanı Səudiyyə Ərəbistanı klubuna keçdi
- Paris-2024: Zelim Kotsoyev yarımfinalda! - YENİLƏNİR