Coşqun Diniyevli "Ümraniyespor" yenə məğlub olub - VİDEO
26.11.2023 - 12:20
![Coşqun Diniyevli "Ümraniyespor" yenə məğlub olub - VİDEO](https://apasport.az/storage/news/2023/november/26/big/6562e7683af916562e7683af9217009805846562e7683af8d6562e7683af90.jpg)
Türkiyə birinci divizionunda 12-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” evdə “Boluspor”la qarşılaşıb.
Diniyevin komandası evdə 1:2 uduzub. Millimizin üzvü meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Ümraniyespor” 12 xalla 15-ci pillədə qərarlaşıb.
0
0