![Daha 2 taekvondoçumuzun dünya çempionatında rəqibi bilindi](https://apasport.az/storage/news/2023/june/01/big/647898c1dc8e4647898c1dc8e51685625025647898c1dc8e2647898c1dc8e3.png)
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında beşinci günün püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, iyunun 2-də baş tutacaq kişi taekvondoçular arasında 54 kq və qadınlar arasında 46 kq-da Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
21 yaşadək taekvondoçular arasında Avropa çempionu Səyyad Dadaşov (54 kq) mundiala 1/16 finaldan başlayacaq. O, bu mərhələdə Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibini gözləyir.
Minayə Əkbərova (46 kq) da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Ruka Okamoto (Yaponiya) - Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.