“Dostluq Kuboku” turniri keçiriləcək
01.05.2025 - 19:27
“Dostluq Kuboku” turniri keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə uşaq evlərinin 10-12 və 13-15 yaş arası oğlan və qızlardan ibarət komandaları arasında “Dostluq Kuboku” minifutbol turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, mayın 4-də Bakı Tennis Akademiyasının meydançasında baş tutacaq tədbirdə Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evləri sosial xidmət müəssisələrində yaşayan uşaqlardan ibarət komandalar iştirak edəcəklər.

Hər iki yaş qrupu üzrə 3 komanda – “Şahinlər”, “Birlik” və “Zəfər” mübarizə aparacaq.

Turnirin keçirilməsində əsas məqsəd uşaq evlərində yaşayan uşaqların komanda ruhunun və sosial bacarıqların inkişaf etdirilməsi, sağlam həyat tərzinin və fiziki fəallığın təbliği, uşaqlara müsbət emosiyalar, motivasiya bəxş etməkdir.