Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Crucillanı (İtaliya) məğlub edib.
O, 1/16 final çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.
- Ferstappen pouldan başladı, Piastri qələbə ilə tamamladı
- "Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb
- Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə
- Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
- Mustafa Sek: "Neftçi"nin Müdafiə Divarı