Elçin Məmmədov "Fənərbaxça"nın avrokubok matçına təyinat alıb
23.09.2024 - 11:37
![Elçin Məmmədov "Fənərbaxça"nın avrokubok matçına təyinat alıb](https://apasport.az/storage/news/2024/september/23/big/66f11aa14db6966f11aa14db6a172707702566f11aa14db6766f11aa14db68.jpg)
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, UEFA Avropa Liqasının I turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
0
0