Misli Premyer Liqasının XXXVI turunun "Araz-Naxçıvan" - "Zirə" matçından (0:1) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik".
- Klubla müqaviləniz bitir. Rəhbərliklə yeni sözləşmə barədə söhbətiniz olub?
- Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək.
- Qara Qarayevin heyətdə olmamasının səbəbi nədir?
- Mikro zədəsi olduğuna görə ehtiyatlı davrandıq.
- Elmir Rəhimzadə: "1-2 komanda var ki, onlar bu mübarizədən kənarda qalacaq"
- Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- İqor Getman: “Komandaya bir az çətin idi”
- Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib