![Fatimə Zəhra: "Əlimdən gələni etməyə çalışdım"](https://apasport.az/storage/news/2024/july/27/big/66a4b315f159766a4b315f1598172206978166a4b315f159566a4b315f1596.jpg)
"Əlimdən gələni etməyə çalışdım".
Apasport.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.
İlk dəfə Olimpiya Oyunlarında iştirak etdiyini xatırladan idmançı görüş zamanı həyəcanlı olduğunu bildirib: “Rəqibim dünya altıncısıdır və Parisə medal qazanmaq üçün gəldiyini gizlətmirdi. Çalışacağam növbəti oyunda daha yaxşı çıxış edim”.
N qrupunda yer alan idmançımız ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısı ilk setdə 21:8, ikinci setdə isə 21:7 hesablı üstünlük qazanıb.
Keişa Fatimə Zəhra qrupda növbəti oyununu iyulun 29-da Böyük Britaniya badmintonçusu Kristi Gilmora qarşı keçirəcək.