"Fənərbaxça" heyətini gücləndirməkdə davam edir
21.07.2024 - 23:51
!["Fənərbaxça" heyətini gücləndirməkdə davam edir](https://apasport.az/storage/news/2024/july/21/big/669d6130700d8669d6130700d91721590064669d6130700d6669d6130700d7.jpeg)
"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edir.
Apasport.az xəbər verir ki, İstanbul klubu "Sevilya"dan Yussef En-Nesri ilə razılaşıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Fənərbaxça" mərakeşli hücumçu üçün İspaniya klubuna 20 milyon avro ödəyəcək.
Qeyd edək ki. Mərakeş millisinin üzvü 2020-ci ildən "Sevilya"da çıxış edir. O, ötən mövsüm komandada ümumilikdə 41 oyuna 20 qol vurub, 3 qol ötürməsi edib.
0
0