“Fənərbaxça”dan 22 ilin rekordu
23.10.2023 - 13:02
![“Fənərbaxça”dan 22 ilin rekordu](https://apasport.az/storage/news/2023/october/23/big/65362df124eb565362df124eb6169804952165362df124eb365362df124eb4.webp)
"Fənərbaxça" son 22 ilin rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, öz meydanında "Hatayspor"u 4:2 hesabı ilə məğlub edən komanda qol seriyasını davam etdirib.
Evdə oynadığı son 12 matçda ikidən çox qol atan "Fənərbaxça" 22 il sonra belə məhsuldarlığa imza atıb. İstanbullular sonuncu dəfə 2000/01 mövsümündə belə uğurlu seriyaya nail olub.
Qeyd edək ki, "sarı-lacivərdlilər” cari mövsümdə Super Liqanın 2 fərqli matçının ilk yarısında 3 qol vuran yeganə komandadır.
0
0