“Ferensvaroş” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin avqustun 9-dakı cavab qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.
Budapeştdə baş tutacaq görüşü İspaniyadan olan ədalət təmsilçiləri idarə edəcək. Bakı vaxtı ilə saat 22:00-da startı veriləcək qarşılaşmanın baş hakimi Karlos del Serro Qrande olacaq. Ona həmyerliləri Xose Naranxo və Qonzalo Qarsiya Qonzales kömək edəcək. Dördüncü hakim funksiyası Migel Anxel Ortiz Ariasa tapşırılıb.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. Saat 20:00-da başlayacaq matçı isveçli referi Andreas Ekberq idarə edəcək.
- “Fehervar”ın baş məşqçisi: “Qəbələ”ni məğlub edənə qədər danışmaq ayıbdır”
- III MDB Oyunları: Üç stolüstü tennisçimiz finalda - FOTO
- 7 aylıq hamilə olan misirli idmançı Olimpiya Oyunlarına qatılıb
- “Sabah”ın baş məşqçisi: “Qarabağ” böyük olmayan pullara çox keyfiyyətli oyunçular alır”
- Kosta Braziliya klubunu tərk etdi