Masallı Olimpiya İdman Kompleksində güləş üzrə Respuklika turniri keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan yeniyetmə sərbəst güləşçilər iştirak edib.
U15 yaş qrupu üzrə təşkil edilən turnirdə İsa Nurullayev (32 kq, Masallı), Fərid Qasımov (35 kq, Gimnaziya), Sadiq İsmayılov (38 kq, AHİTA), Ramal Hacıyev (41 kq, Gəncə), Əli Baloğlanov (44 kq, Masallı), Zirəddin Rzayev (48 kq, Lənkəran), Mircəlal Hüseynov (52 kq, Gəncə), Ruhid İspərov (57 kq, AHİTA), Siyasət Dadaşzadə (62 kq, Lənkəran), İslam Rəcəbli (68 kq, AHİTA) və Ayxan Tağılı (75 kq, Şağan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, 200-dən artıq güləşçinin qatıldığı yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edib.
- Güləşçimiz dünya çempionu olub
- Azərbaycan klubu daha bir legioner basketbolçunu transfer edib
- 19 yaşlı futbolçu 20 illik həsrətə son qoydu - VİDEO
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq