“Ayaks”da yeni baş məşqçi
30.10.2023 - 16:25
![“Ayaks”da yeni baş məşqçi](https://apasport.az/storage/news/2023/october/30/big/653fa0db37e85653fa0db37e861698668763653fa0db37e83653fa0db37e84.png)
Con Vant Şip “Ayaks”ın müvəqqəti baş məşqçisi təyin edilib.
Apasport.az xəbər verir ki, bunu Niderland təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Kanadalı mütəxəssislə 2025-ci ilin iyulunadək müqavilə imzalanıb. Tərəflər razılığa gəliblər ki, 2024-cü il iyulun 1-dən kanadalı çalışdırıcı Amsterdam tərəfinin texniki meneceri olacaq.
Qeyd edək ki, oktyabrın 24-də klubun baş məşqçisi Mauris Steyn uğursuz nəticələrə görə postundan kənarlaşdırılıb.
0
0