FIFA "FIFA series" adlanan yeni layihəyə start verib.
Apasport.az xəbər verir ki, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandalarının iştirakı ilə miniturnir təşkil olunacaq.
Müxtəlif qitələrdə miniturnir formatında keçiriləcək və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda təşkil olunacağı nəzərdə tutulub.
Avropadan Azərbaycanla yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar.
İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumatın (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcəyi bildirilib.
Qeyd edək ki, AFFA ali futbol qurumunun yeni layihəsini dəstəkləyib və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini ifadə edib.
- “Əl-Nəsr” “Barselona”nın kapitanını istəyir - 13 milyon avro maaş
- Kvaratsxelianı istəyən top-klublar – İDDİA
- NBA: "Nyu-York Niks" yarımfinalda "İndiana Peysers"lə bacarmadı
- Türkiyə və Gürcüstan millilərinin azarkeşləri arasında insident yaşandı
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq