Filip Ozobiç “Turan Tovuz”da
26.07.2025 - 21:59
Filip Ozobiç “Turan Tovuz”da

Misli Premyer Liqası təmsilçisi "Turan Tovuz" növbəti transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”ın formasını geyinib. O, Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış edib.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2021-ci ildən Azərbaycan millisinə cəlb olunub. Ozobiç yığmamızın heyətində 15 oyun keçirib və 1 qol vurub.