“Formula-1”: Ən sürətli yenə Serxio Peres oldu
11.06.2022 - 16:14
![“Formula-1”: Ən sürətli yenə Serxio Peres oldu](https://apasport.az/storage/news/2022/june/11/big/62a487927049762a4879270498165494977862a487927049462a4879270495.jpg)
“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
Apasport.az saytının məlumatına görə, 1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Serxio Peres göstərib.
“Red Bull” komandasının pilotu dövrəni 1 dəqiqə 43,170 saniyəlik göstərici ilə başa vurub. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Şarl Lekler (“Ferrari”) və “Red Bull”un digər pilotu Maks Ferstappen izləyib.
Qeyd edək ki, saat 18:00-da pilotlar sıralama turuna çıxacaqlar.
0
0