Güləşçilərimizin rəqibləri bəlli olub
09.08.2024 - 16:24
Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.
Hacı Əliyev bu mərhələdə meksikalı Ostin Qomeslə üz-üzə gələcək.
Maqomedxan Maqomedov isə Dominikan Respublikası təmsilçisi Luis Migel Pereslə qarşılaşacaq
Qeyd edək ki, görüşlər avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
- Pley-offda ilk böyük sürpriz "Xırdalan"dan gəlib
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- “Formula-1”: Yarışla vidalaşanların sayı 4-ə çatdı
- Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi - FOTO
- "Şahin Diniyev komandanı özü yığdı, nəticəsi də göz qabağındadır" - Ramiz Məmmədov
0
0