21 yaşadək futbolçular arasında Avropa çempionatı start götürüb.
Apasport.az saytı xəbər verir ki, turnirə Rumıniya və Gürcüstan ev sahibliyi edir.
A qrupunda qonşu Gürcüstan Avropa çempionatına qələbə ilə başlayıb. Komanda turnirin favoritlərindən Portuqaliya yığmasını məğlubiyyətə uğradıb. Qrupun digər oyununda qapılara qol vurulmayıb.
B qrupunda Ukrayna millisi Rumıniyadan güclü olub. “Sabah”da çıxış dən Oleksiy Kaşuk vurulan hər iki qolda iştirak edib. Əvvəlcə hesabı açan hücumçu fasilədən sonra ötürmə ilə yadda qalıb. Qrupun digər matçında turnirin favoritlərindən İspaniya yığması Rumıniyaya qalib gəlib.
U21 Avropa çempionatı
A qrupu
Belçika – Niderland – 0:0
Portuqaliya – Gürcüstan – 0:2
Gürcüstan – 3, Belçika – 1, Niderland – 1, Portuqaliya – 0 xal.
B qrupu
Ukrayna – Xorvatiya – 2:0
Rumıniya – İspaniya – 0:3
İspaniya – 3, Ukrayna – 3,Xorvatiya – 0, Rumıniya – 0 xal.
- Premyer Liqanın ən sürətlisi açıqlandı
- "Atletiko"nun müdafiəçisi "İnter" və "Barselona" ilə oyunları buraxacaq
- Süleyman Əhmədov: “Aşağı pillələrdən uzaq olmağa çalışacağıq”
- Ayxan Abbasovun komandası 4500 manat cərimələnib
- Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib"