“Mançester Yunayted”in seriyası 25-ə çatdı
14.04.2023 - 13:26
![“Mançester Yunayted”in seriyası 25-ə çatdı](https://apasport.az/storage/news/2023/april/14/big/6438fb955d4c96438fb955d4ca16814560216438fb955d4c76438fb955d4c8.jpg)
“Mançester Yunayted”in məğlubiyyətsiz oyunlar seriyası davam edir.
Apasport.az saytı xəbər verir ki, İngiltərə klubunun “Old Trafford”da uduzmadığı oyunların sayı 25-ə çatıb.
“Qırmızı şeytanlar” bir gün öncə Avropa Liqasının 1/4 finalının Mançesterdə keçirilən "Sevilya" ilə ilk oyununda heç-heçə (2:2) edərək, seriyanın qırılmasına imkan verməyib.
“Mançester Yunayted” 25 matçın 22-də qalib gəldiyi halda, 3-də meydandan “sülh”lə ayrılıb.
0
0