I Liqa klubunda yeni müqavilə - RƏSMİ
30.06.2026 - 18:23
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda son olaraq “Mingəçevir”də çıxış etmiş Kənan Quliyevi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kənan Quliyev əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub.
0
0