İdmançılarımız Avropa çempionatında 5 medal qazandılar: 2 qızıl, 2 gümüş...
12.02.2024 - 14:42
![İdmançılarımız Avropa çempionatında 5 medal qazandılar: 2 qızıl, 2 gümüş...](https://apasport.az/storage/news/2024/february/12/big/65c9f5c63fbd865c9f5c63fbd9170773447065c9f5c63fbd665c9f5c63fbd7.jpg)
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən karate üzrə Avropa çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
İdmançılarımız turniri 2 qızıl, 2 gümüş, 4 bürünc medalla yekunlaşdırıb.
Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl, Osman Osmanlı (+84 kq) və Cahangir Qayıbov (+70 kq) gümüş, Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərov (52 kq) bürünc medal qazanıblar.
0
0