UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" sabah pley-off mərhələsində ilk matçına çıxacaq.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri ilk oyundan öncə baş tutan mətbuat konfransında fikirlərini bölüşüb:
"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox çətin olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-i, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Həftənin futbolçusu bəlli oldu - 2 qol və 1 məhsuldar ötürmə ilə
- Qurban Qurbanova “Jean Borotra World Fair Play Career” mükafatı
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Diz qapağını yumruqlayaraq yerinə saldı – QƏRİBƏ OLAY
- Azərbaycan çempionatında VI turun oyunları baş tutacaq