II Liqa: “Şəfa” gümüş medallara qovuşdu
22.05.2025 - 22:23
II Liqa: “Şəfa” gümüş medallara qovuşdu

Futbol üzrə Azərbaycan II Liqada 2024/2025 mövsümünün mükafatlandırma mərasimində turnirin gümüş mükafatçısı “Şəfa” komandasına medallar təqdim edilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Komandaya gümüş medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təqdim ediblər.