II Liqa: VII tura yekun vurulub
13.10.2026 - 18:40
II Liqa: VII tura yekun vurulub

Futbol üzrə Azərbaycan II Liqasında VII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

"Dinamo" öz meydanında "Kür-Araz"ı sınağa çəkib. Görüş ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Marafon" isə "Ağdaş"ı 5 cavabsız qolla darmadağın edib - 5:0.

II Liqa
VII tur

"Dinamo" - "Kür-Araz" 9:1
Qollar: 
V.Seyidov, 4, 52 (pen), Y.Qarayev, 30, 56, Z.Bayramov, 45+2, 81, N.Muradlı, 47, A.Nurəhmədov, 72, 89

"Şəmkir" - "Hypers" 2:2
Qollar: 
C.Əsədzadə, 27, T.Mütəlimov, 90 - E.Xəlilli, 10, C.Rəcəbli, 61
Qırmızı vərəqə: S.Süleymanov, 74 ("Hypers")

"Marafon" - "Ağdaş" 5:0
Qollar: 
İ.Allahverdiyev, 29, 33, 85, Ə.Ələkbərli, 50, 63