“İmarət”dəki ilk oyun Çempionlar Liqasının finalı kimi olacaq”
09.01.2026 - 12:17
Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, o, “İmarət” stadionunun tikintisinin başa çatmasından sonra Ağdamdakı ilk matçlarının yerli və ya beynəlxalq olmasının hansısa əhəmiyyət kəsb etmədiyini bildirib:
“İmarət”dəki ilk oyun Çempionlar Liqasının finalı kimi olacaq”.
“Qarabağ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də, UEFA Çempionlar Liqasında Bakıda “Ayntraxt”a (Frankfurt) qarşı keçirəcək.
0
0