İtaliya maliyyə polisi A seriyasının daha 3 komandasının ofisində axtarış aparıb.
Apasport.az saytı xəbər verir ki, ölkənin Baş Prokurorluğunun göstərişi əsasında sözügedən qurumun nümayəndələri “Roma”, “Latsio” və “Salernitana” klublarının maliyyə ilə bağlı sənədlərini yoxlayıb.
Prokurorluq orqanları axtarışın səbəbi kimi 2017-21-ci illərdəki futbolçu transferləri ilə bağlı əllərində əsaslı şübhələr olduqlarını bildiriblər. İstintaqın hansı transferlərə şamil edildiyi isə açıqlanmır.
Qeyd edək ki, Apennin yarımadasında daha öncə belə axtarışlar “Torino” və “Milan” klublarının da ofislərində həyata keçirilib. Maliyyə fırıldaqlarında suçlandığı üçün 2022/23 mövsümünün gedişində isə “Yuventus”un 15 xalı silinib.
- Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb
- Azərbaycanlı hakimlər FİBA-nın inkişaf proqramına qatılıblar
- DÇ: “Yuventus” və "Siti"dən darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİB
- Avropa Liqasında yoluna davam edən “24-lük” - SİYAHI
- “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi”nin radarına düşdü