“Komandada əla mühit hökm sürür. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Apasport.az-ın məlumatına görə, bu sözləri “Jelezniçar”ın hüçumçusu Süleyman Krpiç deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Jelezniçar”a uğur qazandıran qolun müəllifi “Neftçi”nin güclü rəqib olduğunu qeyd edib: “Oyuna yaxşı hazırlaşmışıq. “Neftçi” daha güclü rəqibdir. Onu ətraflı təhlil etmişik və bacarıqlarını bilirik. Öz meydanımızda azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, “Jelezniçar” turnirin I təsnifat mərhələsində Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırıb.
- "Sabah"ın Yeni Qapıçısı Kimdir? Stas Pokatilovun Həyat Yolu
- "Fənərbaxça" və "Qalatasaray"ın ÇL-dəki rəqibləri bəlli olub
- Qvardiola: “Premyer Liqada titul yürüşündə çox komanda olacaq”
- Roman Qriqorçuk: "Azarkeşlərin futbolçulara irad bildirməsinə səbəb yoxdur"
- Türkiyə kubokunda yarımfinal cütlükləri müəyyənləşib