"Kəpəz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
18.07.2024 - 15:54
!["Kəpəz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb](https://apasport.az/storage/news/2024/july/18/big/6698fe2e76a7a6698fe2e76a7b17213025746698fe2e76a786698fe2e76a79.jpg)
"Kəpəz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, "sarı-göylər" Tural Rzayevlə anlaşıb.
Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə komanda arasında "1+1" illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Kəpəz" daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla başa çatan müqavilə müddətini yeniləyib.
0
0