“Kəpəz”də 5 yeni müqavilə
17.08.2025 - 17:54
Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var.
20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında "sarı-göylər"in formasını geyinəcək.
Bundan başqa, Gəncə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yeniləyib. Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalanıb.
- III MDB Oyunları: Stolüstü tennis üzrə yarışlara start veriləcək
- KL: Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
- Nazim Əliyev: “Bir balaca pul olan kimi o saat xaricdən oyunçu dəvət edirlər.” - MÜSAHİBƏ
- Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər” - MÜSAHİBƏ
- Paris-2024: Üzgüçümüz mübarizəni dayandırdı - YENİLƏNİB
0
0