![“Kəpəz”in 7 il 7 ay gözlədiyi səfər](https://apasport.az/storage/news/2023/december/11/big/6576947a304486576947a3044917022700746576947a304466576947a30447.jpg)
“Kəpəz” Misli Premyer Liqasının 2023/24 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.
Qərblilər sonuncu dəfə üç və ya daha çox top fərqli qələbəyə ötən mövsümdə sevinmişdi. 2022-ci il oktyabrın 29-da “Səbail”lə qarşılaşan “Kəpəz” 3:0 hesablı ev qələbəsindən 406 gün sonra eyni nəticəyə imza atıb.
Gəncəlilər rəqib meydanındakı böyükhesablı qələbəni isə 2772 gün sonra əldə edib. 7 il 7 ay öncə - 2016-cı il mayın 7-də “Xəzər Lənkəran”ın qonağı olan “Kəpəz” rəqib qapısından 3 top keçirib.
Qeyd edək ki, bu klub tarixində Premyer Liqada qazanılan 94-cü böyükhesablı qələbə olub.