"Kəpəz"in futbolçusu "Səbail"də - RƏSMİ
22.07.2025 - 16:13
"Kəpəz"in futbolçusu "Səbail"də - RƏSMİ

Yeni mövsümdə I Liqada iştirak edəcək "Səbail" Premyer Liqa klubu "Kəpəz"dən ayrılan futbolçunu transfer edib.

Apasport.az xəbər verir ki, "dənizçilər" Nicat Süleymanovla 1 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Səbail" daha əvvəl kapitanı Yusif Nəbiyevi heyətdə saxlayaraq onunla 1+2 illik sözləşmə bağlayıb.