Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
14.10.2024 - 13:18
![Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir](https://apasport.az/storage/news/2024/october/14/big/670ce2f8b1bc9670ce2f8b1bca1728897784670ce2f8b1bbd670ce2f8b1bc8.jpg)
La Liqa nəhənglərindən "Real"ın yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda karyerasını bitirməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xorvatiyalı futbolçu 2025-ci ilin yayında başa çatacaq müqaviləsini bir daha uzatmaq niyyətindədir.
O, 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər "Real"ın futbolçusu olaraq qalmaq istəyir.
Qeyd edək ki, Modriç 2012-ci ildən "kral klubu"nda oynayır. 39 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.
0
0