"Kəpəz"in futbolçusu Tacikistan millisinə çağırılıb
11.03.2025 - 12:48
"Kəpəz"in futbolçusu Tacikistan millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, komandanın üzvü Şervoni Mabatşoev milliyə çağırılıb.
Yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına cəlb olunub.
Tacikistan milli komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki görüş Düşənbədə keçiriləcək.
- “Quba”nın baş məşqçisi: “Öz oyunçularımızı sınadıq”
- "Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
- Emin İmaməliyev: "Yəqin ki, Kadi "Ferentsvaroş"u daha çox istəyib deyə..." - MÜSAHİBƏ
- “Milan”da yeni təyinat - RƏSMİ
- "Fənərbaxça"da prezident seçkiləri: Maldini dəstək üçün İstanbulda
0
0