Keyn zədədən sonra İngiltərə yığmasına qoşulub
07.10.2024 - 18:01
![Keyn zədədən sonra İngiltərə yığmasına qoşulub](https://apasport.az/storage/news/2024/october/07/big/6703ea6af0da36703ea6af0da417283098666703ea6af0da16703ea6af0da2.jpg)
"Bavariya"nın hücumçusu Herri Keyn "Ayntraxt"la matçda (3:3 bərabərə) zədələnib.
Apasport.az xəbər verir ki, ulduz hücumçu zədəli olsa da, İngiltərə millisinin olduğu yerə yollanıb.
Bu barədə Almaniya klubu məlumat yayıb:
“Zədəyə görə əvəzlənməli olan Keyn Frankfurtdan İngiltərə düşərgəsinə yola düşüb və həkimlər tərəfindən müayinə olunub. Daha dəqiq diaqnoz hələ qoyulmayıb” .
Qeyd edək ki, İngiltərə yığması Millətlər Liqası çərçivəsində 10 oktyabrda Yunanıstanı qəbul edəcək. Oktyabrın 13-də isə Finlandiyaya səfər edəcək.
0
0