Klublar Komitəsində yeni sədr
19.10.2023 - 18:07
Klublar Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bu gün keçirilən tədbir AFFA-nın inzibati binasında baş tutub. İclasda assosiasiyanın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib.
Qeyd edək ki, iclasda digər məsələlər müzakirə olunub.
- “Sabah”ın yeni transferi: “Çempionlar Liqasında yaxşı oynaya bilərik”
- Dünya çempionatında rüşvət qalmaqalı - 7,4 milyon
- Paris-2024: Güləşçilərimiz mübarizəyə başlayır - Günün proqramı
- Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır
- “Tottenhem”dən “Fiorentina”ya - RƏSMİ
0
0