Krakov-2023 III Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsində I turun oyunları keçirilib
Azərbaycan millisi Avropa Oyunlarında ilk matçına çıxıb. A qrupunda yer alan yığmamız Polşa ilə görüşüb. Krakovda baş tutan qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:7.
Qeyd edək ki, millimiz və meydan sahiblərinin yer aldığı qrupun digər matçında Portuqaliya İspaniyaya 7:5 hesabı ilə qalib gəlib.
Avropa Oyunları
Çimərlik futbolu
27 iyun
22:30. Azərbaycan - Polşa - 2:7
Qollar: Elşad Manafov, 4, Fuad Hüseynov, 27
- Azərbaycanlı hakim "Napoli" - "Ayntraxt" matçını idarə edəcək
- Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlandı
- Aleksey Kaşuk: "Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir"
- Konfrans Liqasına 1 matçla start
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam