"Turan Tovuz" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo"nu məğlub edərək (5:0) 1/8 finala yüksəlib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik".
- Kubokda hədəfiniz nədir?
- Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır.
- İbrahima Vadjinin performansını necə dəyərləndirirsiniz?
- Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır.
- "Bavariya" və "Borussiya"dan 4 qollu sülh - VİDEO
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
- Avropa çempionatı: Millimiz ikinci pilləyə yüksəlib
- “Zirə” – “Neftçi” oyununun hakimi açıqlanıb
- ABL: Üç dövrədən sonra "A" və "B" qruplarına region klubları başçılıq edir