Kurban Berdıyev: "Səhvlərimiz üzərində işləyəcəyik"
24.10.2025 - 16:58
Kurban Berdıyev: "Səhvlərimiz üzərində işləyəcəyik"

Misli Premyer Liqasının IX turunun "Karvan-Yevlax" - "Turan Tovuz" matçından (1:2) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər".

- Komandanın oyunu sizi qane etdi? 
- Tam olaraq yox. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.

- Rəhim Sadıxovun start heyətində meydana çıxması  dərəcədə doğrudur? 
- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu.