Liqada ədalətsizlik VAR - AFFA-DAN BİTMƏYƏN NAĞILLAR
24.03.2026 - 21:25
Liqada ədalətsizlik VAR - AFFA-DAN BİTMƏYƏN NAĞILLAR

“Qarabağ” Misli Premyer Liqasının XXV turu çərçivəsində səfərdə “Kəpəz”ə minimal hesabla məğlub olub - 0:1. Lakin oyun meydandan daha çox meydankənar hadisələrlə yadda qalmağa davam edir.

Görüşün 73-cü dəqiqəsindəki epizod Azərbaycan futbol mediasını yerindən oynatmağa bəs etdi. Belə ki, Kamilo Duranın cərimə meydançası daxilində yerdə qaldığı epizodda baş hakim və VAR penaltinin olmadığını və oyunun davam etməli olduğunu bildirdi. Məhz bundan sonra futbol ictimaiyyəti iki hissəyə bölündü: penalti var idi, penalti yox idi.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov həmin epizodun hakim tərəfindən düzgün qiymətləndirildiyini, qayda pozuntusu olmadığını dilə gətirdi. Maraqlısı budur ki, AFFA Azərbaycan futbolunda ilk dəfə VAR ilə baş hakim arasında danışıqları ictimaiyyətə təqdim etdi. Görünür, qurum azarkeşlərdən və mediadan çəkinərək, “birdən bizi hədəfə qoyarlar” fikrinə qapılaraq bu addımı atdı. Haqqı da var. Futbolumuzun bu dərəcədə rəzil və rüsvayçı vəziyyətə gəlməsində müstəsna xidmətləri olan AFFA bir daha yanlış qərar verərək çempionatın, çempionluğun taleyini müəyyənləşdirdi. Həm “Sabah” xal fərqini yüksəltməyi bacardı, həm də “Qəbələ”nin elitada qalmaq şanslarını bir az da azaltdı.

Açığı, “Sabah”ın belə şeylərə ehtiyacı olduğunu düşünmürəm. “Bayquşlar”ın çempionluğuna kölgə salmayın.

“Qarabağ” çempion olmaq istəyirsə, “Kəpəz”i penaltisiz də məğlub etməlidir. Amma bu, o demək deyil ki, komandanın haqqı yeyilməlidir. Hakimin işi qərarları doğru və qərəzsiz verməkdir.

Bilirik ki, AFFA-nın hakimliyi bərbaddır. Amma xalqın gözü tərəzidir. Nəyin nə olduğunu görürük.