“Liverpul” “Real Madrid”in futbolçusu Arda Gülerlə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
İngiltərə klubunun türkiyəli yarımmüdafiəçinin durumunu yaxından izlədiyi bildirilir. Məlumata görə, “Liverpul” transferin reallaşması üçün ciddi addım atmağa hazırdır və lazım gələrsə, Arda Güler qarşılığında Florian Virtsi verməyə razı ola bilər.
Qeyd olunur ki, mersisaydlılar gənc futbolçunu yarımmüdafiə xətti üçün perspektivli əsas fiqurlardan biri kimi görür.
Xatırladaq ki, Arda Güler cari mövsümdə bütün turnirlər üzrə 24 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Boluspor"un rəsmisi: "Eddini istədik, büdcəmiz imkan vermədi" - Müsahibə
- Murad Musayev: "Oyun əlavə vaxta gedəndə hiss edirdim ki..." - MÜSAHİBƏ
- Xabi Alonso üçün son şans: Derbiləri udmasa...
- VAR-dan istifadə pullu olacaq
- Vüqar Nadirov: “Qarabağ”ın hazırkı heyəti Çempionlar Liqası üçün yetərli deyil” - Müsahibə