Sərxan Əliyev Avropa Oyunlarında yarımfinala yüksələ bilmədi
28.06.2023 - 22:28
![Sərxan Əliyev Avropa Oyunlarında yarımfinala yüksələ bilmədi](https://apasport.az/storage/news/2023/june/28/big/649c7bc695e1b649c7bc695e1c1687976902649c7bc695e19649c7bc695e1a.jpg)
Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, dünya çempionatının mükafatçısı 1/4 finalda Makan-Vie Traore (Fransa) ilə qarşılaşıb.
Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Fransalı boksçu 3:2 (28:29, 30:27, 30:27, 29:28, 27:30) hesabı ilə qalib gəldiyindən Sərxan yarışda çıxışını bitirib.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz 1/4 final döyüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasu (Yunanıstan) sınağa çəkəcək.
0
0