Mahir Emreli üçün bu klublarla danışıq oldu və...
04.02.2023 - 15:07
Azərbaycan milli komandasının forvardı Mahir Emreli qış transfer pəncərəsində komandasını dəyişməyə yaxın olub.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Belçikanın "Vesterlo" klubu 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyib.
Hətta bunun üçün danışıqlar da aparılıb. "Vesterlo" ilə yanaşı, İtaliya A seriyasından da iki klub Emreli ilə güclənmək arzusunda olub. Lakin millimizin futbolçusu hər üç klubun təklifindən imtina edib. O, ən azı yaya qədər Zaqreb “Dinamo”sunda olacaq.
Qeyd edək ki, Mahir ötən ilin fevralında Xorvatiya təmsilçisi ilə 4,5 illik müqavilə imzalayıb.
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Canni de Byazi: “Mənə belə yaxşıdır, içimdə böyük atəş var”
- “Neftçi”dən səfər, “Sabah”dan ev qələbəsi - YENİLƏNİB
- "Məncə, nəticə belə olmalı deyildi, bu cür oyunları uduzmalı deyilik" - MÜSAHİBƏ
- Afrikada mövsümün futbolçusu adına namizədlər açıqlandı
0
0