Milli futbolçusunun komandası Niderlandda mübarizəni dayandırdı
11.01.2023 - 02:15
![Milli futbolçusunun komandası Niderlandda mübarizəni dayandırdı](https://apasport.az/storage/news/2023/january/11/big/63bdf2e2e61c363bdf2e2e61c4167339286663bdf2e2e61bf63bdf2e2e61c1.jpg)
Millimizin futbolçusu Ozan Kökçünün formasını geyindiyi "Eyndhoven" klubu Niderland kubokunda 1/8 final mərhələsinin oyununa çıxıb.
Apasport.az xəbər verir ki, komanda səfərdə “Breda” ilə qarşılaşıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın 120+1-ci dəqiqəsində daha bir qol vuran “Breda” 1/8 finala yüksəlib – 2:1.
Ozan Kökçü də bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə Dyon Dorenbosxla əvəzlənib.
0
0