"Çelsi" Norveçdən afrikalı hücumçu aldı
28.12.2022 - 20:59
"Çelsi" Norveçin "Molde" klubunun hücumçusu Datro Fofananın transfer olunduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, London klubu "Molde" ilə əldə olunan ilkin razılıq barədə məlumat yayıb. Futbolçu yanvarın 1-dən "zadəganlar"a qoşulacaq.
"Çelsi"nin 20 yaşlı hücumçu üçün 12 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu Norveçin yüksək liqasında bu il 24 oyuna çıxıb və 15 qol vurub. O, "Molde"nin bombardiridir.
- Futbolçu və baş məşqçi kimi dünya çempionu olanlar - SİYAHI
- ABL: III tura yekun vurulur
- Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatına üzv seçilib
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
- "Narahatlıq yaradan məsələ qrup oyunlarının İsveçdə olmasıdır" - Vitali Borisov
0
0